
Qana millisinin sabiq üzvü Stiven Appia yığmadakı keçmiş komanda yoldaşı, hazırda "Səbail"də çıxış Maykl Essyenlə İspaniya "Atletiko"sunun futbolçusu Tomas Parteyi müqayisə edib.
Sportnet.az-ın məlumatına görə, bu barədə 40 yaşlı veteran yarımmüdafiəçi "Joy FM"ə açıqlamasında bildirib. O deyib ki, 26 yaşlı yarımmüdafiəçini Essyenlə eyni sıraya qoymaq düzgün deyil.
Appianın fikrincə, Partey 38 yaşlı yarımmüdafiəçi ilə müqayisə oluna bilməz: "Əvvəlki fikrimdə qalıram. Partey bütün göstəricilərdə Essyendən xeyli uzaqdadır. Buraya oyunu oxumaq, rəqibi keçmək və universallıq kimi xüsusiyyətlər aiddir".
Qeyd edək ki, Maykl Essyen 2019-cu ilin martından "Səbail"də çıxış edir. Tomas Partey isə 2017/2018 mövsümündə Çempionlar Liqasının qrup mərhələsinin IV turunun "Qarabağ"la ev oyununda (1:1) komandasının bərabərlik qolunu vurub.