Türkiyənin "Qalatasaray" klubunun prezidenti Mustafa Cengiz xəstəxanadan evə buraxılıb.
Sportnet.az "NTV Spor"a istinadən xəbər verir ki, 71 yaşlı funksionerin müalicəsi evində davam etdiriləcək.
Qeyd edək ki, aprelin 30-da halsızlıq və yorğunluq səbəbindən xəstəxanaya yerləşdirilən Mustafa Cengiz mayın 7-də əməliyyat olunub.