Almaniya "Bavariya"sının futbolçusu Tomas Müller komandanın baş məşqçisi Hans-Diter Fliklə zarafat edib.
Sportnet.az-ın məlumatına görə, bu, Münhen təmsilçisinin səfərdə "Union Berlin" üzərində 2:0 hesablı qələbə qazandığı Bundesliqanın XXVI tur matçı zamanı baş verib.
89-cu dəqiqədə əvəzləndikdən sonra 31 yaşlı hücumçunun əl sıxmasına icazə olmadığı üçün Fliki təpiklə vurub. Həmin an isə yayımçı telekanal operatorlarının diqqətindən yayınmayıb.
Qeyd edək ki, bu qələbə sayəsində lider "Bavariya" xallarını 58-ə çatdırıb və ən yaxın izləyicisi Dortmund "Borussiya"sını yenidən 4 xal qabaqlayıb.