
"Hazırda Bakıdayam, Özümü qorumaq üçün evdə oturmağa çalışıram".
Sportnet.az-ın məlumatına görə, bunu "Səbail"in futbolçusu Maykl Essyen "Citi Sports Ghana"nın "Instagram" səhifəsindəki canlı yayımda koronavirus pandemiyası barədə danışarkən deyib.
Qanalı yarımmüdafiəçi bildirib ki, evdə fərdi şəkildə məşğul olur: "Çalışıram ki, pandemiya ilə bağlı baş verənlərə fikir verməyim".
Gələcək karyerasından da bəhs edən 38 yaşlı oyunçu məşqçilik etməyə hazırlaşdığını söyləyib: "Gələcəkdə məşqçi olmaq planlarıma daxildir. Addım-addım bu işin sirlərini öyrənirəm. Gənc futbolçularla işləməyi sevirəm. Gələcəkdə necə olacağını zaman göstərəcək".
Qeyd edək ki, Maykl Essyen 2019-cu ilin martından “Səbail”də çıxış edir. O, eyni zamanda Bakı klubunun U-19 komandasının məşqçilər heyətində də yer alır. "Səbail"in baş məşqçisi Aftandil Hacıyevdir.