"Azərbaycan milli komandası ilə "Norveç"lə qarşılaşanda Stiven Siqal döyüş sənətləri məktəbi açmaq üçün Bakıda idi. İki gün komandamızın yer aldığı oteldə qaldı və matçımızı izlədi".
Sportnet.az-ın məlumatına görə, bu fikirləri Almaniyanın "Ertzgebirge" klubunda çıxış edən Azərbaycan millisinin futbolçusu Dmitri Nazarov "Tag24" nəşrinə açıqlamasında ABŞ-ın tanınmış iş adamı və aktyoru Stiven Siqalla görüşü baradə danışarkən deyib.
30 yaşlı hücumçu həmin vaxt onunla bir araya gəldiyini və bunun özü üçün təcrübə olduğunu bildirib. Nazarov Siqalın filmlərinə baxmağı çox xoşladığını sözlərinə əlavə edib. Oyunçu tanınmış aktyorla çəkdirdiyi fotonu indiyədək "WhatsApp"da profil şəkli kimi saxladığını vurğulayıb.
Qeyd edək ki, Dmitri Nazarov 2014-cü ildən Azərbaycan millisinə dəvət alır. Təcrübəli forvard "Ersgebirge"də 2016-cı ildən çıxış edir. 2016-ci ildə Azərbaycan Norveçi DÇ-2018-in seçmə mərhələsində 1:0 hesabı ilə məğlub edib.