
İranın "Traktor" klubunun koronavirus testlərinin nəticəsi müəyyənləşib.
Sportnet.az-ın Cənubi Azərbaycan təmsilçisinin rəsmi saytına istinadən məlumatına görə, komandanın 4 futbolçusunda infeksiya aşkarlanıb.
Oyunçuların adları açıqlanmasa da, onların karantin altına alındıqları bildirilib.
Qeyd edək ki, koronavirus pandemiyasına görə dayandırılan İran çempionatının Ramazan bayramından sonra bərpa olunacağı gözlənilir.