
İtaliyanın "Yuventus" klubunun futbolçusu Kriştianu Ronaldu məşqdə dəqiqliyini nümayiş etdirib.
Sportnet.az-ın məlumatına görə, portuqaliyalı hücumçu ayağı ilə topu basketbol halqasından keçirib.
Topun səbətə daxil olduğunu görən 35 yaşlı forvard bunu özünəməxsus şəkildə qeyd edib.
Kriştianu Ronaldu bu mövsüm İtaliya A Seriyasında meydana çıxdığı 22 oyunda 21 qol vurub və 3 məhsuldar ötürmə edib.
As easy as you like, @Cristiano! ???????? pic.twitter.com/FABi8AWOqM
— JuventusFC (@juventusfcen) May 25, 2020