"İrtış" klubu Qazaxıstan Premyer Liqasından maliyyə çatışmazlığı səbəbindən çəkilib.
Sportnet.az-ın məlumatına görə, bununla bağlı qərarı klubun Qəyyumlar Şurası qəbul edib. Pavlodar təmsilçisi çempionat iştirakçıları siyahısından çıxarılacaq və komandanın nəticələri ləğv olunacaq. Hələlik Premyer Liqada 2 tur keçirilib. Yarışın nə zaman bərpa olunacağı məlum deyil.
Qeyd edək ki, "İrtış" 5 qat Qazaxıstan çempionudur. Klub bu titulları 1993, 1997, 1999, 2002 və 2003-cü illərdə əldə edib. Eyni zamanda Pavlodar komandası 1998-ci ildə ölkə kuboku qazanıb.