
Kiprin "Apollon" klubu "Qəbələ"nin sabiq futbolçusu Fakundo Pereyra ilə yollarını ayırıb.
Sportnet.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, 33 yaşlı vingerlə yeni müqavilə bağlanılmayıb.
Argentinalı oyunçunu daha bir sabiq "Qəbələ"li, hazırda "Neftçi"də çıxış edən Baqali Dabonun əvəzləyəcəyi gözlənilir. Fransalı legioner Kipr mətbuatına açıqlamasında "Apollon"la danışıqlar apardığını təsdiqləyib.
Qeyd edək ki, Fakundo Pereyra "Qəbələ"də 2015/2016 mövsümünün ilk yarısında, Baqali Dabo isə 2016 - 2018-ci illərdə forma geyinib.