Rusiyanın "Rostov" klubunda koronavirus aşkarlanan futbolçulardan birinin adı məlum olub.
Sportnet.az "Championat.com"a istinadən xəbər verir ki, bu, Xoren Bayramyandır.
Yoluxanlar arasında qızdırması olan yeganə oyunçu məhz erməni yarımmüdafiəçidir. Virusun 28 yaşlı futbolçuya valideynlərindən keçdiyi bildirilib.
Qeyd edək ki, "Rostov"un ümumilikdə 6 futbolçusu koronavirusa yoluxub. Bu səbəbdən komanda karantinə alınıb.