Almaniyanın "Borussiya" (Dortmund) klubu qapıçısı Roman Bürki ilə müqavilə müddətini uzadıb.
Sportnet.az Dortmund təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, 30 yaşlı qolkiperin yeni sözləşməsi 2023-cü ilə qədər nəzərdə tutulub.
Qeyd edək ki, Roman Bürki 2015-ci ildən Dortmund "Borussiya"sında çıxış edir. İsveçrəli qapıçı cari mövsüm 36 oyunda meydanda olub və 45 top buraxıb.