
Almaniya Futbol İttifaqı (DFB) "Union" klubunu cərimələyib.
Sportnet.az-ın məlumatına görə, buna Bundesliqanın XXXII turunda "Paderborn" üzərindəki 1:0 hesablı qələbənin azarkeşlərlə birgə qeyd edilməsi səbəb olub. Berlin təmsilçisinin futbolçuları ev arenasının yaxınlığındakı küçəyə çıxaraq, fanatlarla birgə seviniblər.
Cərimə klubdan əlavə, müdafiəçi Kristofer Trimmel və hücumçu Şeraldo Bekkerə də kəsilib. Lakin məbləği açıqlanmır.
Hər iki oyunçu verdikləri testlər neqativ çıxanadək komandanın digər üzvlərindən təcrid olunub.
Danke!!! #fcunion #schlussendlich #klassegehalten ????⚪️ pic.twitter.com/Oc8HDvh4uZ
— 1. FC Union Berlin (@fcunion) June 16, 2020