Azarkeşlər futbol üzrə İspaniya La Liqasının sonuna qədər stadionlara buraxıla bilər.
Sportnet.az AP-yə istinadən xəbər verir ki, arenalardakı oturacaqların bir hissəsini doldurmağa icazə verilə bilər. Tarix isə hələ ki, bəlli deyil.
Qərar qəbul edilərsə, fanatlar təhlükəsizlik protokoluna riayət etməli olacaqlar. Stadionların üçdə birinin doldurulacağı ehtimal edilir. Azarkeş kütləsinin qarşısını almaq üçün arenaya gəliş vaxtı təyin ediləcək. Yaşlı insanlar oyunlarda iştirak edə biləcəklər, ancaq matçlara qarşılaşma yaxın yerlərdən gəlməli olacaqlar.
Stadiona girmədən əvvəl temperatur ölçüləcək. Azarkeşin hərarəti varsa, matça buraxılmayacaq.
Qeyd edək ki, mart ayında koronavirusa görə dayandırılan La Liqa iyunun əvvəlində bərpa edilib. Görüşlər hazırda azarkeşsiz keçirilir.