İki minə yaxın "Liverpul" azarkeşi komandanın İngiltərə çempionluğunu "qırmızılar"ın ev oyunlarını keçirdiyi "Enfild" stadionunda qeyd edib.
Sportnet.az BBC-yə istinadən xəbər verir ki, polis əməkdaşları arenanın ətrafındakı yolları bağlayıb, ancaq izdihamı dağıtmaq üçün cəhd göstərməyib. Fanatlar pirotexniki vasitələrdən də istifadə ediblər.
Azarkeşlər klubun himnini səsləndirmək üçün şəhərin mərkəzində də toplaşıb.
Qeyd edək ki, İngiltərə Premyer Liqasının XXXI turunda "Mançester Siti" səfərdə "Çelsi"yə 1:2 hesabı ilə uduzub və "Liverpul" 1989/1990 mövsümündən sonra ilk dəfə çempion olub.