
"Sabah" klubu qapıçısı Saşa Stamenkoviçlə müqavilənin müddətini uzadıb.
Spotnetaz klubun rəsmi saytına istinadən xəbər verir ki, 35 yaşlı serbiyalı qolkiper növbəti mövsümdə də paytaxt təmsilçisində çıxış edəcək.
Qeyd edək ki, 2018-ci ildən “Sabah”ın uğurları üçün çalışan Saşa Stamenkoviç oyun sayına görə klubun rekordçusudur. O, ümumilikdə 46 matçda (42 Premyer Liqa, 4 ölkə kuboku) iştirak edib.