
"Atalanta" klubu "Yuventus"la İtaliya A Seriyasının XXXII tur matçından sonra bütün turnirlərdə qol sayında rekord müəyyənləşdirib.
Sportnet.az-ın məlumatına görə, Ruslan Malinovskinin vurduğu top Berqamo təmsilçisi üçün bütün turnirlərdə 104-cü qol olub. Əvvəllər "Atalanta" mövsüm ərzində heç vaxt bu qədər fərqlənə bilməyib.
Qarşılaşma 2:2 hesablı heç-heçə ilə yekunlaşıb.
Hazırda bu klub 67 xalla 3-cü yerdə gedir. Lider "Yuventus"un 76 xalı var.