
"Zirə" klubunun yeni legioneri Lazar Corceviç bu gecə Bakıya gəlib.
Sportnet.az-ın məlumatına görə, 28 yaşlı mərkəz yarımmüdafiəçi sabah səhər tibbi müayinədən keçərək, 1 illik rəsmi müqaviləyə imza atacaq. Daha sonra serbiyalı oyunçu komandanın hazırlıq keçdiyi Qəbələyə yollanacaq.
Qeyd edək ki, Lazar Corceviç "Zirə"nin mövsümlərarası fasilədə ikinci legioner transferidir. Əvvəllər Şimali Makedoniya, Slovakiya və Çexiyada çıxış etmiş təcrübəli oyunçunun son klubu Serbiya "Radniçki"si olub. Qəsəbə təmsilçisinin ilk əcnəbisi isə "Qəbələ"dən ayrılan Klesio Baukdur. Hazırda "Zirə" qapıçı və pleymeyker mövqelərinə də legioner axtarır.