
“Səbail” klubu daha bir futbolçusu ilə yolları ayırıb.
Sportnet.az klubun rəsmi saytına istinadən xəbər verir ki, Eriko da Silvanın başa çatan müqaviləsi yenilənməyib.
Braziliyalı müdafiəçi ötən ilin yayından paytaxt təmsilçisində çıxış edirdi. Da Silva bu müddətdə 12 oyuna 1 qol vurub. "Sambaçı" bir müddət öncə xalq artisti Aygün Kazımovanın qızı ilə birgə görüntülənmişdi.
Qeyd edək ki, “Səbail” yay fasiləsində Fəhmin Muradbəyli, Şəhriyar Rəhimov və Maykl Essyenlə də vidalaşıb.