Almaniyada UEFA Avropa Liqasının 1/4 final oyunlarından 2-nə yekun vurulub.
Sportnet.az-ın məlumatına görə, İtaliya "İnter"i Dusseldorfda Almaniya "Bayer"i ilə üz-üzə gəlib. Görüş "İnter"in qələbəsi ilə yekunlaşıb - 2:1. Hər 3 qol ilk yarıda vurulub. "İnter"dən 15-ci dəqiqədə Nikolo Barella hesabı açıb. 21-ci dəqiqədə Romelu Lukaku fərqi artırıb. 25-ci dəqiqədə Kay Haverts təsəlli qolunu vurub. Qalan bölümdə "Bayer"in bundan artığına gücü çatmayıb.
İngiltərənin "Mançester Yunayted" komandası isə Kölndə Danimarka "Kopenhagen"i ilə üz-üzə gəlib. Əsas vaxt qolsuz yekunlaşıb. Nəticədə əlavə vaxt təyin olunub. Görüşün taleyini 95-ci dəqiqədə "qırmızı şeytanlar"ın yeni transferi Brunu Fernandeşin penalti qolu həll edib - 1:0.
Beləliklə, avqustun 17-də Düsseldorfda keçiriləcək ikinci yarımfinal görüşündə "İnter" və "Mançester Yunayted" üz-üzə gələcək. Avqustun 16-da Kolndə təşkil olunacaq ilk yarımfinal cütünün tərkibi isə bu gün müəyyənləşəcək. Duysburqdakı "MSV Arena"da İngiltərə "Vulverhempton"u İspaniya "Sevilya"sı ilə üz-üsə gələcək. Gelzenkirxendəki "AufŞalke Arena"da isə Ukrayna "Şaxtyor"u İsveçrə "Bazel"i ilə qarşılaşacaq.
--------------------------
Bu gün UEFA Avropa Liqasında 1/4 final mərhələsinə start veriləcək.
Sportnet.az-ın məlumatına görə, cütlərin taleyini bir oyun həll edəcək. Qərara əsasən, matçlar Almaniyanın müxtəlif şəhərlərində keçiriləcək.
İlk oyun günündə iki qarşılaşma oynanılacaq. İngiltərənin "Mançester Yunayted" komandası Kölndə Danimarka "Kopenhagen"i ilə üz-üzə gələcək. İtaliya "İnter"i isə Dusseldorfda Almaniya "Bayer"inin (Leverkuzen) müqavimətini qırmağa çalışacaq.
Avropa Liqası
1/4 final mərhələsi
10 avqust
23:00. "Mançester Yunayted" (İngiltərə) - "Kopenhagen" (Danimarka) - 1:0 (ƏLAVƏ VAXT - 1:0)
Qol: Brunu Fernandeş, 95
23:00 "İnter" (İtaliya) - "Bayer" (Leverkuzen, Almaniya) - 2:1
Qollar: Nikolo Barella, 15. Romelu Lukaku, 21 - Kay Haverts, 25
Qeyd edək ki, 1/4 final mərhələsinin digər iki qarşılaşması avqustun 11-də baş tutacaq. İngiltərə "Vulverhempton"u İspaniya "Sevilya"sı ilə, Ukrayna "Şaxtyor"u isə İsveçrə "Bazel"i ilə münasibətlərə aydınlıq gətirəcək.