Bu gün UEFA Avropa Liqasında 1/4 final mərhələsinin son 2 matçı keçirilib.
Sportnet.az-ın məlumatına görə, Almaniyanın Duysburq şəhərindəki "MSV Arena"da İngiltərə "Vulverhempton"u İspaniya "Sevilya"sı ilə üz-üzə gəlib. Minimal hesabla qalib gələn ispanlar adlarını yarımfinala yazdırıblar.
Gelzenkirxendəki "AufŞalke Arena"da isə Ukrayna "Şaxtyor"u İsveçrə "Bazel"i ilə qarşılaşıb. 5 qolun vurulduğu matçda sevinən Donetsk təmsilçisi olub.
11 avqust
Avropa Liqası, 1/4 final
23:00. "Vulverhempton" (İngiltərə) - "Sevilya" (İspaniya) - 0:1
Qol: Lukas Okampos, 88
23:00. "Şaxtyor" (Donetsk, Ukrayna) - "Bazel" (İsveçrə) - 4:1
Qollar: Junior Moraes, 2, Tayson, 22, Alan Patrik, 75-penalti, Dodo, 88 - Rikki Van Volfsvinkel, 90+2
Qeyd edək ki, ilk oyun günündə "İnter" Almaniya "Bayer"ini 2:1, "Mançester Yunayted" isə Danimarka "Kopenhagen"ini əlavə vaxtda 1:0 hesabı ilə yenib. "İnter" yarımfinalda "Şaxtyor"la, "Mançester Yunayted" isə "Sevilya" ilə üz-üzə gələcək. Bu mərhələnin oyunları avqustun 16-da və 17-də keçiriləcək.