
İngiltərə Premyer Liqasında 2019/2020 mövsümün ən yaxşı qolu açıqlanıb.
Sportnet.az yarışın rəsmi "Twitter" səhifəsinə istinadən xəbər verir ki, "Tottenhem"in futbolçusu Son Hın Minin 16-cı turdakı dəqiq zərbəsi ən yaxşı adına layiq görülüb.
28 yaşlı cənubi koreyalı hücumçu "Börnli" ilə matçda baxımlı qola imza atıb. Forvard meydanın komandasına aid hissəsində topu alıb və altı rəqibini keçərək fərqlənə bilib.
Qeyd edək ki, qarşılaşma "Tottenhem"in 5:0 hesablı qələbəsi ilə yükunlaşıb. Son Hın Min 2015-ci ildən "Tottenhem"də çıxış edir.
???? ???????????????????????????????????????????? ???????????? ????
— Premier League (@premierleague) August 13, 2020
Your @budfootball 2019/20 Goal of the Season winner for this solo stunner ????#PLAwards pic.twitter.com/tdRb8hVVI6