
Azərbaycanı UEFA Avropa Liqasında təmsil edəcək "Neftçi" və "Keşlə" komandaları bu gün yoxlama oyunu keçiriblər.
Sportnet.az-ın məlumatına görə, ötən mövsümü ikinci sırada tamamlayan "Neftçi" "Qəbələ" ilə üz-üzə gəlib. Qarşılaşma "ağ-qaralar"ın 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Baş məşqçisi Tərlan Əhmədovla vidalaşan "Keşlə" isə "Səbail"lə qarşılaşıb. Bakı Olimpiya Stadionunun ehtiyat meydançasında baş tutan matçda qapılara qol vurulmayıb.
Yoxlama görüşü
18:00. "Keşlə" - "Səbail" 0:0
20:00. "Neftçi" - "Qəbələ" 2:1
Qollar: Mamadu Kane, Yusuf Laval - Nikolas Raysel