
Ağabala Ramazanov ilk dəfə “Zirə”nin kapitanı kimi meydana çıxıb.
Sportnet.az xəbər verir ki, bu, Azərbaycan Premyer Liqasının 2020/2021 mövsümünün ilk turunda gerçəkləşib. “10 nömrə” “Qəbələ” ilə səfər matçına kapitan sarğısı ilə başlayıb.
27 yaşlı hücumçu klub tarixinə Premyer Liqa görüşünə kapitan kimi çıxan 10-cu futbolçu kimi düşüb. Bunadək “qartallar”ın 138 matçında (digər iki görüşün nəticəsi ləğv edilib) 9 kapitan olmuşdu.
Qeyd edək ki, "Qəbələ" ilə görüşdə qalib müəyyənləşməyib - 1:1.