
Bu gün Azərbaycan Premyer Liqasının II turunda daha bir oyun keçirilib.
Sportnet.az-ın məlumatına görə, günün son matçında "Qarabağ" səfərdə "Keşlə"nin qonağı olub. Qarşılaşma qolsuz bərabərliklə başa çatıb.
Bu nəticədən sonra xallarının sayını 4-ə çatdıran "Qarabağ" liderliyini qoruyub. Eyni xala malik "Keşlə" isə 2-ci pillədə qərarlaşıb.
Günün digər oyununda "Neftçi" öz meydanında "Sumqayıt"a 0:2 hesabı ilə uduzub.
Qeyd edək ki, tura sabah keçiriləcək "Səbail" - "Zirə" və sentyabrın 13-də baş tutacaq "Sabah" - "Qəbələ" qarşılaşmaları ilə yekun vurulacaq.
------------------------------------------------
Futbol üzrə Azərbaycan Premyer Liqasında II tura start verilib.
Sportnet.az-ın məlumatına görə, günün ilk matçında "Neftçi" "Sumqayıt"ı qəbul edib.
"Bakcell Arena"da keçirilmiş qarşılaşma "Neftçi"nin 0:2 hesablı məğlubiyyəti ilə başa çatıb. Görüşdə hesab 14-cü dəqiqədə açılıb. "Sumqayıt"ın iranlı hücumçusu Əli Qurbani fərqlənib. Forvard 46-cı dəqiqədə özünün və komandasının ikinci qoluna imza atıb. 83-cü dəqiqədə meydan sahiblərinin heyətində Anton Krivotsyuk ikinci sarı vərəqəni alaraq meydandan qovulub.
İlk turda "Keşlə"yə uduzan "Sumqayıt" 3 xalı aktivinə yazdırıb. Birinci turda "Səbail"i məğlub edən "Neftçi" də eyni xala malikdir.
Qeyd edək ki, günün digər matçında son çempion "Qarabağ" səfərdə "Keşlə" ilə üz-üzə gələcək. Tura sabah keçiriləcək "Səbail" - "Zirə" və sentyabrın 13-də baş tutacaq "Sabah" - "Qəbələ" qarşılaşmaları ilə yekun vurulacaq.
-------------------------------------
Bu gün Azərbaycan Premyer Liqasında II tura start veriləcək.
Sportnet.az-ın məlumatına görə, milli komandaların oyunları ilə bağlı yaranmış 20 günlük fasilə 2 qarşılaşma ilə başa çatacaq.
Günün ilk matçında "Neftçi" "Bakcell Arena"da "Sumqayıt"ı qəbul edəcək. İndiyədək çempionatda 31 dəfə üz-üzə gələn komandaların duelində "ağ-qaralar" 16, "gənclik şəhəri" təmsilçisi 10 qələbə qazanıb. 5 matçda qalib müəyyənləşməyib. Topların fərqi də flaqmanın xeyirinədir - 52:38. Son 5 görüşdə hər iki komanda qol vurmağı bacarıb. “Neftçi” son üç qarşılaşmada rəqibinə uduzmayıb.
İlk turda flaqman evdə "Səbail"i 2:1 hesabı ilə yendiyi halda, "gənclik şəhəri" təmsilçisi öz meydanında "Keşlə"yə uduzub - 0:1.
Digər oyunda isə "Qarabağ" "ASK Arena"da "Keşlə"nin qonağı olacaq. Bu, komandaların Premyer Liqada 63-cü dueli olacaq. Bunadək keçirilən oyunlarda Ağdam klubunun aşkar üstünlüyü nəzərə çarpır. Azərbaycan çempionu 29 qələbəyə sevindiyi halda, paytaxt təmsilçisi 13 matçda meydanı 3 xalla tərk edib. 20 oyun isə heç-heçə başa çatıb. "Qarabağ"ın 70 qoluna rəqibi 40 qolla cavab verib.
Qurban Qurbanovun baş məşqçisi olduğu kollektiv son 7 oyunda meydanı qolsuz və xalsız tərk etməyib. “Keşlə” son üç ev oyununda quru hesabla uduzub.
11 sentyabr (cümə)
Azərbaycan Premyer Liqası
II tur
19:00. “Neftçi” – “Sumqayıt” - 0:2
Qol: Əli Qurbani, 14, 46
Qırmızı vərəqə: Anton Krivotsyuk, 83
Hakimlər: Rəvan Həmzəzadə, Cəmil Quliyev, Vüqar Bayramov, Fərid Hacıyev
AFFA nümayəndəsi: Asif Əliyev
Hakim-inspektor: Rövşən Əhmədov
Bakı. "Bakcell Arena"
21:00. “Keşlə” – “Qarabağ” 0:0
Hakimlər: Səbuhi Bayramov, Eyyub İbrahimov, Nahid Əliyev, Rövşən Rəcəbov
AFFA nümayəndəsi: Seymur Səlimli
Hakim-inspektor: Ceyhun Haşımov
Bakı. "ASK Arena"
Qeyd edək ki, Premyer Liqada II turun digər oyunları sentyabrın 12-si və 13-də oynanılacaq. Müvafiq olaraq, "Səbail" evdə "Zirə"ni, "Sabah" isə "Qəbələ"ni sınağa çəkəcək.