"Qarabağ" komandası UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin oyununa çıxıb.
Sportnet.az-ın məlumatına görə, Kiprin Larnaka şəhərindəki "AEK Arena"da keçirilmiş görüşdə rəqib Norveç "Molde"si olub. Qarşılaşmanın əsas vaxtında qapılara qol vurulmayıb. Qol epizodları sarıdan kasad olan 90 dəqiqə ərzində qapılar qarşısında elə də təhlükəli vəziyyət yaranmayıb. Bununla belə, görüş "Qarabağ"ın üstünlüyü şəraitində keçib. Xüsusən, meydana çıxacağı son anda dəqiqləşən Mahir Emreli əlverişli imkandan yararlana bilməyib.
Emreli əlavə vaxtda da real imkanı qola çevirə bilməyib. Əvəzində "Molde" Donald Geryenin kobud oyunu nəticəsində 101-ci dəqiqədə penalti qazanıb. Lakin qapıçı Şahruddin Məhəmmədəliyev Etzaz Hüseynin zərbəsini dəf etməyi bacarıb.
Əlavə vaxtın ikinci bölümü də qolsuz tamamlanıb. 120-ci dəqiqədə "Qarabağ"ın kapitanı Maksim Medvedev xəsarət alsa da, oyuna davam edə bilib. Nəticədə penalti seriyasına müraciət olunub.
Bu bölümdə isə "Molde" daha dəqiq olub - 6:5. "Qarabağ"dan penaltini Bədavi Hüseynov dəqiq yerinə yetirə bilməyib.
Beləliklə, "Molde" Çempionlar Liqasında pley-offa yüksələrək, Macarıstan "Ferentsvaroş"una rəqib olub. Çıxışını Avropa Liqasının pley-offunda davam etdirəcək "Qarabağ"ın rəqibi isə hələ müəyyənləşməyib.
16 sentyabr
Çempionlar Liqası
IlI təsnifat mərhələsi
21:00. “Qarabağ” (Azərbaycan) – “Molde” (Norveç) - 0:0 (ƏLAVƏ VAXT - 0:0, PENALTİLƏRLƏ - 5:6)
İstifadə olunmamış penalti: Etzaz Hüseyn, 102 ("Molde")
Penalti seriyası:
Ohi Omoyjuanfo - 1:0
Uroş Matiç - 1:1
Fredrik Aursnes - 2:1
Maksim Medvedev - 2:2
Erik Hestad - 3:2
Patrik Andrade - 3:3
Tobias Kristensen - 4:3
Kevin Medina - 4:4
Martin Ellingsen - 5:4
Şahruddin Məhəmmədəliyev - 5:5
Kristoffer Haugen - 6:5
Bədavi Hüseynov - 6:5 (qapıçı)
Hakimlər: Srcan Yovanoviç, Uroş Stoykoviç, Milan Mixayloviç, Novak Simoviç (hamısı Serbiya)
Larnaka (Kipr). “AEK Arena”
-------------------------------
"Qarabağ" komandası bu gün UEFA Çempionlar Liqasında növbəti matçını keçirəcək.
Sportnet.az-ın məlumatına görə, Azərbaycan təmsilçisi III təsnifat mərhələsində Norveçin 'Molde" klubu ilə üz-üzə gələcək. Kiprdəki "AEK Arena"da təşkil olunacaq matç Bakı vaxtı ilə saat 21:00-da start götürəcək.
Oyun püşkün nəticəsinə əsasən, Tofiq Bəhramov adına Respublika stadionunda gerçəkləşməli idi. Lakin Norveç təmsilçisi Bakıdan dönüşdə 10 günlük karantinə alınacağını bildirərək, qarşılaşmanın neytral meydanda oynanılmasını istəyib. UEFA görüşün Larnaka şəhərində olacağını açıqlayıb.
Ağdam komandası oyuna itki ilə çıxacaq. Zədə üzündən yarımmüdafiəçi Xayme Romeronun matçı buraxacağı gözlənilir. Mahir Emrelinin durumuna isə oyun ərəfəsində aydınlıq gələcək.
Bu cütün qalibi pley-off mərhələsində "Dinamo" (Zaqreb, Xorvatiya) - "Ferentsvaroş" (Macarıstan) duelinin güclüsü ilə qarşılaşacaq.
"Qarabağ" "Molde" ilə ilk dəfə üz-üzə gələcəyinə baxmayaraq, daha əvvəl Norveçin digər tanınmış klubu "Rusenborq"la qarşılaşıb. Qurban Qurbanovun baş məşqçi olduğu kollektiv 2009-cu ildə Avropa Liqasının II təsnifat mərhələsində səfərdə rəqibi ilə qolsuz heç-heçə edib, Bakıda Rəşad Sadıqovun yeganə qolu ilə qələbə qazanıb - 1:0.
16 sentyabr
Çempionlar Liqası
IlI təsnifat mərhələsi
21:00. “Qarabağ” (Azərbaycan) – “Molde” (Norveç) - 0:0 (ƏLAVƏ VAXT - 0:0, PENALTİLƏRLƏ - 5:6)
İstifadə olunmamış penalti: Etzaz Hüseyn, 102 ("Molde")
Penalti seriyası:
Ohi Omoyjuanfo - 0:1
Uroş Matiç - 1:1
Fredrik Aursnes - 1:2
Maksim Medvedev - 2:2
Erik Hestad - 2:3
Patrik Andrade - 3:3
Tobias Kristensen - 3:4
Kevin Medina - 4:4
Martin Ellingsen - 4:5
Şahruddin Məhəmmədəliyev - 5:5
Kristoffer Haugen - 5:6
Bədavi Hüseynov - 5:6 (qapıçı)
Hakimlər: Srcan Yovanoviç, Uroş Stoykoviç, Milan Mixayloviç, Novak Simoviç (hamısı Serbiya)
Larnaka (Kipr). “AEK Arena”