Fransanın "Monpelye" klubunun futbolçusu Vitorino İlton Avropanın top-5 liqalarında meydana çıxan ən yaşlı futbolçu olub.
Sportnet.az "Goal" nəşrinə istinadən xəbər verir ki, 43 yaşlı müdafiəçi Liqa 1-də III turun "Lion"la ev matçında iştirak edib. Görüşə start heyətdə başlayan braziliyalı oyunçu 81-ci dəqiqədə kobud oyuna görə birbaşa qırmızı vərəqə alıb.
Hilton 43 yaş 2 günündə meydana girərək top-5 liqalarında yeni rekord müyyənləşdirib.
Qeyd edək ki, qarşılaşma "Monpelye"nin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.