UEFA Avropa Liqasının II təsnifat mərhələsində "Neftçi"ni Bakıda mübarizədən kənarlaşdırmış Türkiyənin "Qalatasaray" klubu Azərbaycana təşəkkür edib.
Sportnet.az-ın məlumatına görə, İstanbul təmsilçisi "Facebook" səhifəsində "Hər şey üçün təşəkkürlər, yenidən görüşərik, AzərbayCAN!" yazıb.
Qeyd edək ki, Bakı Olimpiya Stadionundakı qarşılaşma "Neftçi"nin 1:3 hesablı məğlubiyyəti ilə başa çatıb.