"Qarabağ" klubunda daha bir şəxs koronavirusa yoluxub.
Sportnet.az xəbər verir ki, Ağdam təmsilçisinin tərcüməçisi Elvar Quliyevin testi müsbət çıxıb.
Bundan əlavə baş məşqçi Qurbanov Qurbanov və onun oğlu Musa Qurbanlıda da infeksiya aşkarlanmışdı.
Qeyd edək ki, kapitan Maksim Medvedev və müdafiəçi Rahil Məmmədov koronavirus testləri müsbət çıxdığı üçün ölkə xaricindədirlər. Onların testi Azərbaycan yığmasının düşərgəsində pozitiv olub.