Türkiyə Super Liqasının XV turunda keçirilmiş "Beşiktaş" - "Sivasspor" matçında maraqlı hadisə baş verib.
Sportnet.az-ın məlumatına görə, "Sivasspor"un futbolçusu Hakan Arslan birinci hissə başa çatdıqdan sonra baş hakim Arda Kardeşlerə yaxınlaşıb.
32 yaşlı yarımmüdafiəçi buraxdıqları qolda topun yan xəttdən meydanı tərk etdiyini telefonla göstərib. Hakimə kəskin etiraz edən Arslan ardıcıl iki dəfə sarı vərəqə alaraq meydandan qovulub.
Qeyd edək ki, qarşılaşma "Beşiktaş"ın 3:0 hesablı qələbəsi ilə yekunlaşıb. İstanbul təmsilçisi fasiləyə 1:0 hesabı ilə öndə yollanıb. Görüşdəki ilk qoldan sonra videotəkrar (VAR) sisteminə baxılıb və qol qeydə alınıb.