"Qranada" ilə İspaniya La Liqasının XVIII tur matçında dubl edən "Barselona"nın futbolçusu Lionel Messi növbəti tarixi nailiyyətə imza atıb.
Sportnet.az-ın məlumatına görə, argentinalı hücumçu son 15 mövsümdə 10 və daha çox qol vuran yeganə oyunçuya çevrilib. Görüş Kataloniya təmsilçisinin böyük hesablı qələbəsi ilə yekunlaşıb - 4:0.Kapitan 35-ci və 42-ci dəqiqələrdə fərqlənib. Digər iki qolu isə Antuan Qrizmann 12-ci və 63-cü dəqiqələrdə vurub.
Qeyd edək ki, Lionel Messinin "Barselona" ilə müqaviləsi 2021-ci ilin yayınadək nəzərdə tutulub. Komanda 18 turdan sonra 3-cü pillədə qərarlaşıb.