"Yoxlama oyununda hesabın o qədər də böyük əhəmiyyəti yoxdur".
Sportnet.az-ın məlumatına görə, bunu "Keşlə"nin baş məşqçisi Yunis Hüseynov səfərdə "Neftçi"yə 3:4 hesabı ilə uduzduqları yoxlama oyunundan sonra deyib. 56 yaşlı mütəxəssis bildirib ki, bugünkü görüşdə komandasının taktiki və fiziki hazırlığına diqqət yetiriblər. O, səhvlər üzərində çalışacaqlarını diqqətə çatdırıb.
Bununla yanaşı, Hüseynov komandasının oyunundan razılıq ifadə edib: "Yeni oyunçularımız tam hazır olmasalar da, bu gün yaxşı təsir bağışladılar. İnanıram ki, "Sumqayıt"la oyuna qədər tam olaraq hazır olacağıq".