
Zirə İdman Kompleksinin stadionu bu gün qəsəbənin eyniadlı komandasının "Neftçi" ilə nəzərdə tutulan Azərbaycan Premyer Liqasının XVII tur matçına hazırdır.
Sportnet.az-ın məlumatına görə, bu barədə Peşəkar Futbol Liqasının Texniki İdman Şöbəsinin rəisi Elgiz Abbasov açıqlama verib. O, öt örtüyündəki qarın tam təmizləndiyini bildirib.
Qeyd edək ki, bu gün keçiriləcək görüş saat 16:00-da başlanacaq.