1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
"Qəbələ"də 5 gənc futbolçu
"Qəbələ” Azərbaycan Premyer Liqasında yaranan fasilə dövründə hazırlıqlarını davam etdirir.
Sportnet.az xəbər verir kiZ, “qırmızı-qaralar” milli komandaların oyunları ilə əlaqədar olan fasilədə Bakıda məşq keçir.
Baş məşqçi Elmar Baxşıyevin yetirmələri hazırlıqlarını Bakı Olimpiya Stadionunda gerçəkləşdirir. Gündə iki dəfə məşq keçən komandanın məşqlərində yalnız Azərbaycanın U-21 yığmasına çağırılan Rüfət Əhmədov iştirak etmir.
“Qırmızı-qaralar”ın hazırlıq prosesinə klubun futbol akademiyasının 5 gənc oyunçusu da qatılıb. “Qəbələ”nın hazırlıq prosesində keçirəcəyi yoxlama oyunlarının yeri və vaxtında bəzi dəyişikliklər olub. “Zirə” ilə qarşılaşma martın 26-da baş tutacaq. “Azersun Arena” stadionundakı matç saat 17:00-da başlayacaq. Azərbaycanın U-21 yığması ilə üç gün sonra keçiriləcək qarşılaşma “Bakcell Arena”da təşkil olunacaq. Görüş saat 16:00-da start götürəcək.