
“Səbail” klubu futbolçusu Vüqar Beybalayevlə vidalaşıb.
Sportnet.az paytaxt təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, 28 yaşlı yarımmüdafiəçi ilə müqavilənin vaxtından əvvəl xitam verilməsinə dair qarşılıqlı razılıq əldə olunub.
Qeyd edək ki, Vüqar Beybalayev Gürcüstanın "Telavi" klubu ilə bu ilin mövsümün sonunadək sözləşmə imzalayıb.