Futzal üzrə Azərbaycan millisinin Avropa çempionatının seçmə mərhələsində Slovakiya və Yunanıstanla keçirəcəyi oyunlar üçün heyəti açıqlanıb.
Sportnet.az xəbər verir ki, baş məşqçi Jose Alesio Da Silva bu gündən başlanan təlim-məşq toplanışına 16 oyunçu çağırıb.
Komanda üzvləri aprelin 5-dək Bakıda, 6 - 10 apreldə Slovakiyanın Levitse şəhərində hazırlıq keçəcək.
Aprelin 8-də Slovakiyanın qonağı olacaq Azərbaycan millisi aprelin 14-də Yunanıstanı qəbul edəcək.
|
N |
AD VƏ SOYAD |
KLUB |
|
1 |
Rövşən Hüseynli |
Araz-Naxçıvan |
|
2 |
Emin Kürdov |
EKOL |
|
3 |
Cavad Məmmədov |
Neftçi İK |
|
4 |
Xətai Bağırov |
Araz-Naxçıvan |
|
5 |
Rizvan Fərzəliyev |
Araz-Naxçıvan |
|
6 |
Fineo De Araujo |
Araz-Naxçıvan |
|
7 |
Hadi Ahmadi |
Araz-Naxçıvan |
|
8 |
Amir Şojaei |
Araz-Naxçıvan |
|
9 |
Ramiz Çovdarov |
Araz-Naxçıvan |
|
10 |
Tofiq Mikayılov |
EKOL |
|
11 |
Samir Həmzəyev |
EKOL |
|
12 |
Oktay Rüstəmli |
Neftçi İK |
|
13 |
İsa Atayev |
Araz-Naxçıvan |
|
14 |
Thiago Teles Martins |
FC Salines Tuzla (Bosniya və Herseqovina) |
|
15 |
Eduardo Borges |
ACCSS FUTSAL (Fransa) |
|
16 |
Everton Kardoso |
Levante (İspaniya) |
Qeyd edək ki, Azərbaycan yığması 4 turdan III qrupda 12 xalla liderdir və Avropa çempionatına vəsiqəni vaxtından əvvəl təmin edib.






































































