
Kolumbiya milli komandasının sabiq futbolçusu Con Viafara həbs olunub.
Sportnet.az-ın məlumatına görə, keçmiş yarımmüdafiəçi narkotik ticarəti ilə məşğul olduğu üçün ABŞ-da 11 illik cəzaya məhkum edilib. Texas məhkəməsi 42 yaşlı Viafaranı narkotik vasitələri ABŞ-dan Kolumbiyaya Meksika üzərindən qaçaqmalçılıq yolu ilə daşımada iştirakda günahkar bilib.
Qeyd edək ki, Con Viafara futbolçu karyerası ərzində müxtəlif klublarda, o cümlədən, İngiltərə "Portsmut"u və "Sautgempton"unda oynayıb. O, Kolumbiya millisində dayaq yarımmüdafiəçisi kimi 2003 - 2010-cu illərdə 34 matça çıxıb.