Fransanın səviyyəcə ikinci liqasında çıxış edən "Şambli" komandasında qapıçılarla bağlı çətin vəziyyət yaranıb.
Sportnet.az-ın məlumatına görə, bu mövqedəki bütün dörd oyunçu zədəli olub. XXXIII turun "Amyen"lə görüşündə 38 yaşlı Ksavye Pinoto xəsarət aldıqda onu qapıçılarla iş üzrə məşqçi əvəzləməli olub. 40 yaşlı Vensan Plant "çərçivə"yə keçib və ikinci hissədə qapısını sonadək toxunulmaz saxlayıb. "Şambli" evdə "Amyen"i 2:0 hesabı ilə yenib.
Qeyd edək ki, Vensan Plant əlçəklərini 4 il əvvəl mıxdan asıb. O, karyerasında ən çox oyunu "Kan"da keçirib.