
“Neftçi” klubu futbolçusu Bruno Teluşi ilə yollarını ayırıb.
Sportnet.az-ın məlumatına görə, albaniyalı dayaq yarımmüdafiəçisinin başa çatan müqaviləsi yenilənməyib.
Ölkə çempionu futbolçuya göstərdiyi xidmətə görə təşəkkür edib, gələcək karyerasında uğurlar arzulayıb.
Qeyd edək ki, Bruno Teluşi ötən ilin oktyabrında "ağ-qaralar"a keçib və 9 oyunda meydanda olub.