
“Neftçi”nin Sloveniyadakı təlim-məşq toplanışında üç sparrinq-rəqibindən 2-si bəlli olub.
Sportnet.az xəbər verir ki, "ağ-qaralar" iyunun 21-də yerli “Olimpiya” (Lyublyana), 29-da isə Rusiyanın “Spartak” (Moskva) klubu ilə qarşılaşacaq.
Ayın 25-dəki rəqib isə hələ müəyyənləşməyib. Bu barədə daha sonra məlumat veriləcək.
Qeyd edək ki, Azərbaycanı UEFA Çempionlar Liqasında təmsil edəcək “Neftçi”nin I təsnifat mərhələsindəki rəqibi iyunun 15-dəki püşkatma mərasimində məlum olacaq.