
Azərbaycan milli komandasının futbolçusu Mahir Emreli Polşa "Legiya"sının heyətində növbəti yoxlama oyununa çıxıb.
Sportnet.az-ın məlumatına görə, rəqib Rusiya "Krasnodar"ıdır. 24 yaşlı hücumçu ilk "11-lik"də yer alıb. 39-cu dəqiqədə komandasının qolunu vuran Emreli 70-ci dəqiqədə əvəzlənib. Görüş 1:1 hesablı heç-heçə ilə yekunlaşıb.
Yoxlama oyunu
23 iyun
17:00. "Legiya" (Polşa) - "Krasnodar" (Rusiya) - 1:1
Qollar: Mahir Emreli, 39 - Remi Kabella, 69 (pen.)
Qeyd edək ki, daha əvvəl "Bişofshofen"lə yoxlama oyunu "Legiya"nın 5:0 hesablı qələbəsi ilə başa çatıb. 60 dəqiqə meydanda olan Mahir Emreli 6-cı, 22-ci və 36-cı dəqiqələrdə fərqlənib.
İ