Futbol üzrə Avropa çempionatında 1/8 final mərhələsinin son oyunu keçirilib.
Sportnet.az-ın məlumatına görə, Şotlandiyanın Qlazqo şəhərindəki "Hempden Park"da İsveç və Ukrayna milliləri üz-üzə gəlib. İtaliyalı referi Daniele Orsatonun idarə etdiyi qarşılaşmanın əsas vaxtı 1:1 hesablı heç-heçə ilə yekunlaşıb. 27-ci dəqiqədə ukraynalı müdafiəçi Aleksandr Zinçenkonun vurduğu qola 43-cü dəqiqədə isveçli yarımmüdafiəçi Emil Forsberq cavab verib.
Əlavə vaxtda skandinaviyalılar azlıqda qalıb. 99-cu dəqiqədə Markus Danielson ikinci sarı vərəqəni alaraq, meydandan qovulub. Onun sərt oyunu nəticəsində Artyom Besedin dizindən dəhşətli zədə alıb. Orsato Danielsona əvvəlcə sarı vərəqə göstərsə də, video-təkrara baxdıqdan sonra qırmızı vərəqəyə əl atıb.
Andrey Şevçenkonun baş məşqçi olduğu kollektiv say üstünlüyündən 120+1-ci dəqiqədə yararlanmağı bacarıb. Qolun müəllifi Artyom Dovbik olub.
Beləliklə, Ukrayna millisi 1/4 finala yüksələn sonuncu komanda olub. Bu komandanın rəqibi isə İngiltərə olacaq.
---------------------------
Futbol üzrə Avropa çempionatında 1/8 final mərhələsinin daha bir oyunu keçirilib.
Sportnet.az-ın məlumatına görə, günün ilk matçında İngiltərə və Almaniya yığmaları üz-üzə gəlib.
"Uembli" stadionunda keçirilmiş qarşılaşma ingilislərin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. 75-ci dəqiqədə Rahim Sterlinq hesabı açıb. 86-cı dəqiqədə isə Harri Keyn fərqi daha da artırıb.
1/8 final mərhələsinə bu gün keçiriləcək İsveç - Ukrayna görüşü ilə yekun vurulacaq. Bu cütün qalibi 1/4 finalda Almaniyaya rəqib olacaq.
------------------------------------------------
Bu gün futbol üzrə Avropa çempionatında 1/8 final mərhələsinin son iki oyunu keçiriləcək.
Sportnet.az-ın məlumatına görə, qarşılaşmalar İngiltərənin paytaxtı Londonda və Şotlandiyanın Qlazqo şəhərində gerçəkləşəcək.
Günün ilk matçında İngiltərə və Almaniya yığmaları üz-üzə gələcək. "Uembli" stadionunda baş tutacaq görüş Bakı vaxtı ilə saat 20:00-da start götürəcək. Oyunu niderlandlı FIFA referisi Denni Makkeli idarə edəcək.
Günün son matçında isə İsveç və Ukrayna komandaları üz-üzə gələcək. "Hempden Park" stadionundakı görüş Bakı vaxtı ilə saat 23:00-da başlayacaq. Qarşılaşmanın baş hakimi italiyalı Daniele Orsato olacaq.
İsveç - Ukrayna cütünün qalibi 1/4 final mərhələsində Almaniya - İngiltərə duelinin güclüsü ilə üz-üzə gələcək.
29 iyun
Avropa çempionatı
1/8 final mərhələsi
20:00. İngiltərə - Almaniya - 2:0
Qollar: Rahim Sterlinq, 75. Harri Keyn, 86
Baş hakim. Denni Makkeli (Niderland)
London. "Uembli" stadionu
23:00. İsveç - Ukrayna - 1:2 (ƏLAVƏ VAXT - 0:1)
Qollar: Emil Forsberq, 43 - Aleksandr Zinçenko, 27. Artyom Dovbik, 120+1
Qırmızı vərəqə: Markus Danielson, 99 (İsveç)
Baş hakim: Daniele Orsato
Qlazqo. "Hempden Park" stadionu
Qeyd edək ki, 1/4 final mərhələsinin daha 3 görüşünün tərkibi belə müəyyənləşib: İsveçrə - İspaniya, Belçika - İtaliya, Çexiya - Danimarka.