İspaniyanın "Barselona" klubunda çıxış edən ulduz futbolçu Lionel Messi Argentina millisində yeni rekorda imza atıb.
Sportnet.az-ın məlumatına görə, 34 yaşlı hücumçu buna Amerika Kubokunda Boliviyaya qarşı keçirdikləri A qrupunun son matçında nail olub.
Bu, Messinin yığmadakı 148-ci qarşılaşması kimi tarixə düşüb. Forvard 147 görüş keçirmiş Xavyer Maskeranonun rekordunu qırıb.
Qeyd edək ki, oyun Argentina millisinin 4:1 hesablı qələbəsi ilə bitib. Komandanın iki qolunu Lionel Messi vurub. Argentina 1/4 finalda iyulun 4-də Ekvadorla üz-üzə gələcək.