
AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədov Çexiya Futbol Assosiasiyasının prezidenti Peter Fousek və Danimarka Futbol Assosiasiyasının prezidenti Jesper Mollerlə görüşüb.
Sportnet.az-ın milli assosiasiyanın rəsmi saytına istinadən məlumatına görə, görüş Bakı Olimpiya Stadionunda AVRO-2020-nin Çexiya və Danimarka yığmaları arasındakı 1/4 final oyunundan əvvəl gerçəkləşib. Məmmədov hər iki komandaya uğurlar arzulayıb.
Qeyd edək ki, matç Danimarka millisinin qələbəsi ilə yekunlaşıb - 2:1.