"Klublarla bağlı hansısa məlumatım yoxdur. Püşk bu gün atıldı, yəqin ki, internet vasitəsilə müəyyən informasiyalar əldə edəcəyik, oyunlarına baxacağıq. Texnalogiyanın inkişafı bizə bu imkanı yaradıb".
Sportnet.az-ın məlumatına görə, bu fikirləri "Araz Naxçıvan" komandasının futzalçısı Rizvan Fərzəliyev Çempionlar Liqasının ilkin təsnifat mərhələsinin püşkü barədə danışarkən deyib.
Kapitan qrupunun ən reytinqli komandası olduqlarını bildirib. "Bu da bizim favorit olmağımıza işarədir. Təbii ki, meydanda vəziyyət dəyişə bilər. Çalışmalıyıq ki, ümidləri doğruldaq. Qarşıya qoyulacaq məqsəd mərhələ adlamaq, mübarizəni əsas mərhələdə davam etdirmək olacaq. Yəqin ki, yaxın günlərdə hazırlıq planı açıqlanacaq. Ciddi hazırlaşmalıyıq. Onu da deyim ki, oyunların keçiriləcəyi Latviyada bir neçə dəfə olmuşuq və bu ölkənin millisi ilə yoldaşlıq matçları keçirmişik. Yəni məkan bizim üçün tanışdır”.
Qeyd edək ki, "Araz Naxçıvan" F qrupunda “Kampuksen Dinamo" (Finlandiya), "Raba" (Latviya) və "Europa" (Cəbəllütariq) komandaları ilə qarşılaşacaq.