
İspaniyanın "Barselona" klubu Lionel Messi ilə müqaviləni uzada bilər.
Sportnet.az xəbər verir ki, klub maaşla bağlı məsələni tənizmləməklə Messinin İspaniya La Liqasında qeydiyyatdan keçməsinə icazə verib.
Hücumçu diqqətini Amerika Kubokuna kökləndiyindən, yeni müqavilə ilə bağlı danışıqlar aparmağı atasına həvalə edib.
1 iyulda "Barselona" ilə əvvəlki müqaviləsi bitdikdən sonra Messi azad agent olub. O gündən bəri, argentinalı futbolçu hər gün 100 000 ABŞ dolları itirir.