Argentina milli komandasının futbolçusu Lionel Messi Amerika Kubokunda Braziliyaya 1:0 hesabı ilə qalib gəldikləri final oyununda zədəli halda çıxış edib.
Sportnet.az-ın məlumatına görə, bu barədə millinin baş məşqçisi Lionel Skaloni açıqlama verib. Skaloni bildirib ki, Messinin dizaltı vətərində problemləri olub. Bununla belə, kapitan oynamaqda davam edib. Baş məşqçinin fikrincə, bu, 34 yaşlı forvardın necə futbolçu olmasından irəli gəlir: "Onun baş məşqçisi unikal təcrübədir. İnsanlar onu bizim bildiyimiz kimi tanısaydılar, daha çox sevərdilər".
Qeyd edək ki, Lionel Messinin Argentina yığmasında ilk titulu Amerika Kubokuna təsadüf edib.