"Keşlə" və Rusiyanın "Soçi" komandası arasında UEFA Konfrans Liqasının cavab oyununun saatı və hakimləri açıqlanıb.
Sportnet.az xəbər verir ki, iyulun 29-u saat 20:00-da "ASK Arena"da keçiriləcək görüşü Belarusdan olan hakimlər briqadası idarədə edəcək.
Matçın referisi Viktor Şimusikə yan xətt hakimləri Anton Qusev və Sergey Kosovets köməklik göstərəcəklər. Dördüncü hakim funksiyasını isə Vitali Sevostyanik yerinə yetirəcək.
Qeyd edək ki, bu komandalar arasında ilk görüş iyulun 22-də Rusiyada olacaq və Bakı vaxtı ilə saat 20:00-da start götürəcək.