"Neftçi"nin 3 futbolçusu 17 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasına dəvət olunub.
Sportnet.az klubun rəsmi saytına istinadən xəbər verir ki, Rüfət Abbasov, Aslan Şirinov və Murad Məmmədov iyulun 19-dan 31-dək Bakıda təşkil olunacaq təlim-məşq toplanışında iştirak edəcəklər.