İtaliyanın "Yuventus" komandası futbolçusu Kriştianu Ronaldu ilə müqavilənin müddətini uzatmaq istəyir.
Sportnet.az-ın məlumatına görə, bu barədə italiyalı jurnalist Nikola Skira özünün tvitter səhifəsində paylaşım edib.
Onun sözlərinə görə, yaxın günlərdə tərəflər arasında bu istiqamətdə danışıqlara start veriləcək. Portuqaliyalı hücumçu ilə 1 illik yeni sözləşmə imzalamaq istəyən Turin klubu bu yolla onun illik məvacibini 31 milyon avrodan 20 milyon avroyadək azaltmaq istəyir.
Qeyd edək ki, Kriştianu Ronaldunun "Yuventus"la hazırkı müqaviləsi 2022-ci ilin yayında başa çatacaq.