
"Neftçi" yeni transferləri Romen Bask və Huqo Bastonu Yunanıstan "Olimpiakos"u ilə Çempionlar Liqasının II təsnifat mərhələsinin oyunlarına sifariş edib.
Sportnet.az xəbər verir ki, fransalı və portuqaliyalı müdafiəçilərin adları UEFA-ya təqdim olunub. Hər iki legionerin adı artıq "ağ-qaralar"ın iştirak ərizəsinə salınıb.
Qeyd edək ki, "Neftçi" "Olimpiakos"la ilk oyununu iyulun 21-də səfərdə, cavab matçını isə 1 həftə sonra Bakıda keçirəcək.